Fələstinli siyasətçidən İsrailə ağır İTTİHAMLAR
Fələstin Milli Təşəbbüsünün rəhbəri Mustafa Bərğusi İsraildə hakimiyyət dəyişikliyinin fələstinlilərin vəziyyətinə müsbət təsir göstərməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, fələstinli siyasətçi Mustafa Bərğusi bu barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail cəmiyyətində ifrat millətçilik və irqçilik meyilləri güclənib.
“İsrail cəmiyyəti faşizmə və ifrat irqçiliyə doğru yönəlib. Yeni baş nazirin seçilməsi fələstinlilər üçün heç nəyi dəyişməyəcək”, – deyə Bərğusi bildirib.
Siyasətçi İordan çayının qərb sahilində fələstinlilərin israilli məskunlaşanların zorakılığı ilə üzləşdiyini iddia edib.
O qeyd edib ki, təkcə bu il bölgədə 84 min zeytun və digər ağac kökündən çıxarılıb və ya yandırılıb.
Bərğusi İsrailin siyasətinin İordan çayının qərb sahilinin ilhaqına, məscid və kilsələrin yəhudiləşdirilməsinə, eləcə də fələstinlilərin etnik təmizlənməsinə yönəldiyini iddia edib.
17:05 26.10.2026
Oxunuş sayı: 43