Misir Səudiyyə Ərəbistanına hərbi dəstək verəcək
Misir parlamenti Yəməndəki husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə oktyabrın 26-da məlumat yayıb.
Bildirilib ki, parlament Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanının müdafiəsinə hərbi yardım göstərilməsi ilə bağlı müraciətini təsdiqləyib.
Qərara əsasən, Misir hərbçilərinin mümkün iştirakı yalnız Səudiyyə Ərəbistanının ərazisində və sərhədlərində müdafiə əməliyyatları ilə məhdudlaşacaq.
Misir qüvvələrinin Yəmən ərazisində hərbi zərbələr endirməsi nəzərdə tutulmur.
Qeyd olunur ki, qərar husilərin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarının intensivləşməsi fonunda qəbul edilib.
Prezident Əbdülfəttah əs-Sisi daha əvvəl bildirmişdi ki, Misirin hərbi dəstəyi yalnız Səudiyyə Ərəbistanının müraciəti əsasında həyata keçiriləcək.
Bu qərar Qahirənin regional münaqişədə hərbi iştirakını genişləndirə bilər. Bununla yanaşı, Misir Yəməndəki münaqişənin diplomatik yollarla həllini dəstəklədiyini bəyan edib.
17:52 26.10.2026
Oxunuş sayı: 51