ABŞ İrana 96 saat ərzində hücuma başlaya bilər
ABŞ Silahlı Qüvvələri Prezident Donald Trampın müvafiq əmrindən sonra 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırdır.
Crossmedia.az xəbər verir ki, “CNN” telekanalı bu barədə iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp İrana yeni hücum barədə qərarı noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən sonra verə bilər.
Mənbələr bildiriblər ki, ABŞ artıq Yaxın Şərqdə mümkün hərbi əməliyyatların həyata keçirilməsi üçün kifayət qədər qüvvə yerləşdirib.
Planlaşdırılan əməliyyatların əvvəlki zərbələrdən daha genişmiqyaslı ola biləcəyi qeyd edilir.
Bildirilir ki, Pentaqon və ABŞ Mərkəzi Komandanlığı mümkün hücumlar üçün hədəflər siyahısı hazırlayıb. Siyahıya İranın hərbi obyektləri, enerji infrastrukturu və nüvə müəssisələri də daxildir.
Bununla belə, Donald Trampın hərbi əməliyyatlara başlamaq barədə yekun qərar vermədiyi vurğulanır.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti ilin sonunadək hərbi əməliyyatlara icazə verə bilər, lakin bunun noyabrın 3-də keçiriləcək seçkilərdən sonra baş verməsi daha mümkün hesab olunur.
17:14 26.10.2026
Oxunuş sayı: 48