“Messi bu mükafata hamıdan çox layiqdir” – MƏŞQÇİ
Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev argentinalı futbolçu Lionel Messini 2026-cı ilin “Qızıl top” mükafatına ən layiqli namizəd hesab edir.
Crossmedia.az xəbər verir ki, Qazzayev bu barədə “Sport24” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, Messi dünya futbolunun tarixinə verdiyi töhfələrə görə mükafata digər namizədlərdən daha çox layiqdir.
“Dünya futbolunun tarixinə verdiyi töhfəni nəzərə alsaq, ‘Qızıl top’u ən çox Messi haqq edir. O, Pelenin səviyyəsinə yüksəlmiş futbolçudur. Möhtəşəm məhsuldarlıq nümayiş etdirən Kilian Mbappe də mükafata layiqdir. Düşünürəm ki, Messi, Mbappe və Lamin Yamal əsas namizədlərdir”, – deyə Qazzayev bildirib.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanaraq rekord müəyyənləşdirib.
Ötən il mükafata Fransanın PSJ klubunun futbolçusu Usman Dembele layiq görülüb.
2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londondakı “London Palladium” teatrında keçiriləcək.
15:07 26.10.2026
Oxunuş sayı: 58