Macarıstanda oğurlanan təyyarə AES-ə doğru yönəldi
Macarıstanda 24 yaşlı kişi yüngülmotorlu təyyarə oğurlayaraq onu Paks atom elektrik stansiyasına doğru yönəldib.
Crossmedia.az xəbər verir ki, Macarıstanın “HVG” nəşri bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şəxs aerodroma daxil olaraq Cessna 172 təyyarəsinin idarəetməsinə keçib və Paks Atom Elektrik Stansiyası istiqamətində uçmağa başlayıb. Mülki hava gəmilərinin stansiyaya 3 kilometrdən yaxın məsafədə uçmasına, həmçinin həmin ərazidə 6 min metrədək yüksəklikdə hərəkət etməsinə icazə verilmir.
Hərbi radarlar planlaşdırılmamış uçuşu qeydə aldıqdan sonra havaya iki JAS 39 Gripen qırıcısı qaldırılıb. Lakin hərbçilərin müdaxiləsinə ehtiyac yaranmayıb. Təyyarənin idarəetməsini itirən pilot onu tarlaya endirib.
Enişdən sonra 24 yaşlı kişi ona kömək etmək üçün dayanan avtomobillərdən biri ilə hadisə yerindən qaçmağa çalışıb. Lakin avtomobilin sürücüsü onun getməsinə imkan verməyib
Hadisə yerinə gələn polis şübhəlini saxlayıb.
19:14 30.08.2026
Oxunuş sayı: 65