Polşada yerli sakinlər ukraynalı zənn etdikləri şəxsi döyüblər
Polşanın Poznan şəhərində bir qrup yerli sakinin Ukrayna vətəndaşı olduğunu zənn etdikləri şəxsi döyməsi ölkə mediasında geniş müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, hücum edən şəxslər döyülən şəxsi təhqir edərək “müharibəyə get” ifadəsini səsləndiriblər.
Hadisədən sonra hüquq-mühafizə orqanları və polis sosial şəbəkələrdə yayılan ilkin məlumatları təkzib edib. Araşdırma zamanı döyülən şəxsin Ukrayna vətəndaşı deyil, Polşa vətəndaşı olduğu müəyyənləşib.
Bildirilir ki, zərərçəkən şəxs polisə rəsmi ərizə yazmaqdan imtina edib. Buna baxmayaraq, polis hadisə ilə bağlı topladığı materialları hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərib.
Hadisə üzrə xuliqanlıq və milli ayrı-seçkilik zəminində aqressiya ehtimalı araşdırılır.
17:58 30.08.2026
Oxunuş sayı: 50