“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşünü keçirib.
Dövlət Agentliyindən Crossmedia.az-a bildirilib ki, görüşdə öncəki mentorluq sessiyasında müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilən fəaliyyətlər müzakirə olunub, fərdi inkişaf planı üzrə əldə edilən nəticələrə nəzər salınıb. Bununla yanaşı, idarəetmə və liderlik bacarıqlarının, strateji yanaşma və effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri Mentorluq Proqramı çərçivəsində bir il müddətində fərdi inkişaf proqramında iştirak edirlər.
14:44 28.08.2026
Oxunuş sayı: 41