Zelenskinin videosunda şübhəli məqamlar diqqət çəkib
Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərində “Zaporojye” yazısı görünən fonda lentə alınan müraciətinin studiyada, yaşıl ekran texnologiyasından istifadə edilməklə çəkilmiş ola biləcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu ehtimalı Ukraynanın ˝VREMЯ.UA˝ nəşri irəli sürüb.
Buna səbəb Zelenskinin rəsmi səhifəsində yayımlanan videodakı müəyyən məqamlar olub.
Nəşrin diqqət çəkdiyi kadrlara görə, videonun 2 dəqiqə 17-ci saniyəsində görüntünün sol hissəsində bir neçə avtomobil qəfil peyda olur. Halbuki həmin avtomobillər bundan bir neçə saniyə əvvəl kadrlarda görünmür.
Nəşr hesab edir ki, bu detal videonun fonunun sonradan dəyişdirilmiş ola biləcəyinə və Zelenskinin çıxışının xromakey (yaşıl ekran) istifadə olunan qapalı məkanda çəkildiyinə dair suallar yaradır.
19:36 27.08.2026
Oxunuş sayı: 43