Britaniya Nepala 5 milyon funt yardım ayırdı
Böyük Britaniya Nepalda baş verən qəfil daşqınların fəsadlarının aradan qaldırılması üçün 5 milyon funt sterlinq yardım ayırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Vəsait Nepal hökumətinə daşqınların yaratdığı nəticələrin aradan qaldırılması və yardım tədbirlərinin həyata keçirilməsi üçün təqdim ediləcək.
17:19 27.08.2026
Oxunuş sayı: 54