ASAN könüllüləri “Qədim Şəhərin Muğam Sədası” tədbirini reallaşdırıblar
3 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri “Qədim Şəhərin Muğam Sədası” tədbiri reallaşdırılıb.
Crossmedia.az xəbər verir ki, 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş proqram İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə tərəfdaşlıq çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutub.
Əsas məqsəd muğam sənətinin İçərişəhərin qonaqlarına təqdim edilməsi, milli musiqi irsinin tanıdılması və muğam ənənələrinin yaşadılmasına diqqət çəkilməsi olub.
İçərişəhərin tarixi-memarlıq mühitində keçirilən tədbir zamanı Azərbaycan muğamının ənənələri barədə məlumat verilib və müxtəlif milli musiqi nümunələri səsləndirilib. Proqram çərçivəsində gənclərin muğam sənəti ilə tanışlığına və bu musiqi janrına marağının artırılmasına da diqqət yetirilib.
11:42 27.08.2026
Oxunuş sayı: 43