Nepalda daşqın nəticəsində 53 ukraynalı və 4 rusiyalı turist itkin düşüb
Nepal və Tibetdə baş verən güclü daşqın nəticəsində 53 Ukrayna vətəndaşı və 4 Rusiya vətəndaşı ilə əlaqə kəsilib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. Son məlumatlara görə, Nepalın Tibet sərhədi yaxınlığında baş verən daşqın nəticəsində azı 157 nəfər həlak olub. Nepal hakimiyyəti yüzlərlə insanın, o cümlədən 466 xarici turistin itkin düşdüyünü bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, fəlakət zonasındakı 53 Ukrayna vətəndaşından xəbər yoxdur. Nazirlik itkin düşən ukraynalılar arasında ölən və ya yaralananların olub-olmaması barədə məlumatın olmadığını açıqlayıb. Rusiyanın Nepalda yerləşən səfirliyinin nümayəndəsi Rinçen Raksayev isə fəlakət zonasındakı ən azı 4 Rusiya vətəndaşı ilə əlaqənin kəsildiyini bildirib. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Əlverişsiz hava şəraiti və rabitədə yaranan fasilələr əməliyyatları çətinləşdirir.
12:33 27.08.2026
Oxunuş sayı: 51