ABŞ rəsmisi Moskvaya səfərində Rusiyaya NATO ilə bağlı xəbərdarlıq edib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Rusiyaya elan olunmamış səfəri zamanı Moskvanı NATO ölkələrinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücumun yolverilməz olduğu barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Retkliffin səfəri Donald Trampın prezidentliyi dövründə CIA direktorunun Moskvaya ilk məlum səfəri olub. ABŞ Prezidenti Donald Tramp səfəri “rutin” adlandıraraq, onun Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində səylərlə bağlı olduğunu bildirib.
Səfər Rusiya və Ukrayna arasında qarşılıqlı hücumların intensivləşdiyi və Moskvanın NATO ölkələrinə yönəlik yeni xəbərdarlıqlar etdiyi bir vaxtda baş tutub.
Vaşinqton və Avropanın bir sıra paytaxtlarında Rusiyanın ABŞ müttəfiqlərinə qarşı yeni hibrid hücumlara və ya məhdud hərbi əməliyyatlara əl ata biləcəyi ilə bağlı narahatlıq ifadə olunur.
09:37 27.08.2026
Oxunuş sayı: 55