İki illik fasilədən sonra Təbriz–İrəvan birbaşa aviareysi bərpa olunub
İranın Təbriz şəhəri ilə Ermənistanın paytaxtı İrəvan arasında birbaşa aviareyslər iki illik fasilədən sonra bərpa olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanından “Pouya Airlines” tərəfindən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. İlk reys avqustun 20-də saat 09:00-da Təbrizdən İrəvana yerinə yetirilib.
Marşrutun bərpasının İran və Ermənistan arasında hava əlaqələrinin, turizm və ticarət münasibətlərinin inkişafına töhfə verəcəyi bildirilir.
16:31 26.08.2026
Oxunuş sayı: 39