Ərdoğandan İsrailə SƏRT MESAJ: Türkiyə tarixini unutmayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə sərt mesaj verərək bildirib ki, Türkiyə başqalarının dəstəyi və dünya güc mərkəzlərinin himayəsi ilə qurulmuş yeni dövlət deyil.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu fikirləri çıxışı zamanı səsləndirib.
“Türkiyə başqalarının dəstəyi ilə qurulmuş və dünya güc mərkəzlərinin himayəsi altında olan yeni yaradılmış bir ölkə deyil. Türkiyə öz tarixini də unutmayıb”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğanın bu açıqlaması Ankara ilə İsrail arasında davam edən gərgin münasibətlər fonunda diqqət çəkib.
14:11 26.08.2026
Oxunuş sayı: 45