Gürcüstanda 2 726 qanunsuz miqrant ölkədən çıxarıldı: azərbaycanlılar da var
Gürcüstan 2026-cı ilin əvvəlindən ölkədə qanunsuz olan 2 726 xarici vətəndaşı deportasiya edib və onların arasında Azərbaycan vətəndaşları da olub.
Crossmedia.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Nazirliyin məlumatına görə, bu göstərici ötən ilin bütün dövrü üzrə qeydə alınan rəqəmdən təxminən iki dəfə çoxdur. Yalnız son bir neçə gün ərzində Miqrasiya Departamentinin əməkdaşları 85 xarici vətəndaşı ölkədən çıxarıb. Deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Misir, Belarus, Özbəkistan, Banqladeş, Pakistan və digər ölkələrin vətəndaşları var.
Gürcüstan qanunvericiliyinə əsasən, ölkədən deportasiya edilən bütün xarici vətəndaşların Gürcüstana girişinə qadağa qoyulub.
13:28 26.08.2026
Oxunuş sayı: 52