Braziliyada təyyarə havada alovlandı
Braziliyanın Serra Azul bölgəsi yaxınlığında Cirrus SR22 tipli təyyarə havada alovlandıqdan sonra 29 yaşlı pilot paraşütlə təyyarədən atılaraq xilas olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Hadisə zamanı təyyarənin Pampulya hava limanından havaya qalxaraq Bom Despaço şəhərinə getdiyi bildirilir.
Naməlum səbəbdən havada alovlanan təyyarənin pilotu paraşütünü açaraq yerə enib. Xilasetmə qrupunun məlumatına görə, pilot tüstüdən zəhərlənmə xəsarətləri ilə Minas-Jerays ştatında xəstəxanaya çatdırılıb.
10:24 26.08.2026
Oxunuş sayı: 54