Pakistanda xəstəxanada yanğın: 14-dən çox yeni doğulmuş körpə öldü
Pakistanın paytaxtı İslamabadda xəstəxanada baş verən yanğın nəticəsində ən azı 14 yeni doğulmuş körpə həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Yanğın Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verib.
İlkin məlumata görə, faciəyə kondisioner kompressorunda baş verən partlayış səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
09:27 26.08.2026
Oxunuş sayı: 47