Adıyamanda 4,2 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:43-də baş verib.
Yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib.
Bundan 3 dəqiqə əvvəl, saat 21:40-da eyni ərazidə 3,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
23:25 25.08.2026
Oxunuş sayı: 50