“AzerGold”un maliyyə göstəriciləri AÇIQLANDI
"AzerGold" QSC bu ilin I yarısını 56,673 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
Crossmedia.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,8 % çoxdur.
Yanvar-iyun aylarında "AzerGold"un satışdan gəlirləri 145,616 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 24,8 % çox), satışının maya dəyəri 63,69 milyon ABŞ dolları (1,62 % çox), ümumi və inzibati xərcləri 22,246 milyon ABŞ dolları (59,4 % çox), icarə gəlirləri 7,5 milyon ABŞ dolları (əvvəlki il olmayıb), sair gəlirləri 1,784 milyon ABŞ dolları (2,6 dəfə çox), maliyyə gəlirləri 1,807 milyon ABŞ dolları (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 14,098 milyon ABŞ dolları (68,6 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "AzerGold"un aktivləri 645,731 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 20,2 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,6 % azalaraq 100,014 milyon ABŞ dolları, balans kapitalı isə 25,9 % artaraq 545,717 milyon ABŞ dolları, o cümlədən nizamnamə kapitalı 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dolları olub.
Xatırladaq ki, "AzerGold" Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
16:03 25.08.2026
Oxunuş sayı: 48