Komitədə struktur dəyişdi – ÜÇ VƏZİFƏDƏ YENİ TƏYİNAT
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.
Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.
Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.(Report)
17:54 24.08.2026
Oxunuş sayı: 41