Şeybanidən İsrailə sərt mesaj: Artıq sizə güvənmirik
Suriya xarici işlər naziri Əsəd əl-Şeybani İsraillə təhlükəsizlik razılaşması üzrə danışıqların yaxın zamanda yenidən başlayacağını gözlədiklərini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şeybani qeyd edib ki, İsraillə təmaslar avqustun 18-də Əbu əz-Zuhur Hava Bazasında baş verən hücumdan sonra dayandırılıb.
“Suriya hazırda İsrailə etibar etmir. Bizim prioritetimiz ərazilərimizə qarşı hücumların dayandırılmasıdır”, – nazir deyib.
Şeybani Suriya hökumətinin diplomatiyaya açıq olduğunu vurğulayaraq İsraili yaranmış tarixi fürsətdən istifadə etməyə çağırıb.
22:40 23.08.2026
Oxunuş sayı: 48