İranda böyük həcmdə “şirin” qaz ehtiyatı aşkarlanıb
İranın cənubundakı Fars əyalətində 7,5 trilyon kub futdan çox “şirin” təbii qaz ehtiyatı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad bu barədə məlumat yayıb. Nazirin sözlərinə görə, hasilat əmsalının 72 faizdən çox olması nəzərə alınarsa, yataqdan təxminən 5,7 trilyon kub fut qaz çıxarmaq mümkündür. Bu həcm Cənubi Pars yatağının fazalarından birinin 15 il ərzində hasil edə biləcəyi qaz miqdarına bərabərdir.
“Şirin” qazın tərkibində hidrogen-sulfid və digər qarışıqların az olması onun işlənməsi və hasilatı xərclərini azaldır. Yataqda həmçinin əhəmiyyətli həcmdə qaz kondensatının olduğu bildirilir. İlkin qiymətləndirmələrə görə, bu ehtiyatlar İran üçün on milyardlarla dollar əlavə iqtisadi dəyər yarada bilər.
21:47 23.08.2026
Oxunuş sayı: 55