Kolumbiya İsrailə kömür ixracına qoyulan qadağanı ləğv edib
Kolumbiya hökuməti İsrailə kömür ixracına tətbiq olunan məhdudiyyətləri aradan qaldıraraq tədarüklərin bərpasına icazə verib.
Crossmedia.az xəbər verir ki, Kolumbiya hökuməti bu barədə qərar qəbul edib.
Məhdudiyyətlər 2024-cü ildə keçmiş prezident Qustavo Petro tərəfindən Qəzzada gedən müharibə fonunda tətbiq edilmişdi. 2025-ci ilin avqustunda isə ixrac qadağası daha da sərtləşdirilmişdi.
Yeni hökumət əvvəlki qadağanı ideoloji qərar kimi qiymətləndirib. Bildirilib ki, məhdudiyyətlər Kolumbiyanın iqtisadiyyatına, məşğulluq səviyyəsinə və dövlət gəlirlərinə ciddi zərər vurub.
Kolumbiya hökumətinin qərarı ilə ölkənin İsrailə kömür ixracının bərpası nəzərdə tutulur. Qərar keçmiş administrasiyanın bu istiqamətdəki siyasətinin dəyişdirilməsi çərçivəsində qəbul edilib.
19:32 23.08.2026
Oxunuş sayı: 48