Arakçi: ABŞ İranla yalnız hörmətli dialoq yolu ilə razılaşa bilər
ABŞ üçün İranla münaqişənin həllinin yeganə yolu İran xalqı ilə qarşılıqlı hörmətə əsaslanan dialoq və ədalətli razılaşma əldə etməkdir.
Crossmedia.az xəbər verir ki, Jamaran bu barədə məlumat yayıb.İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, Vaşinqton İran xalqı ilə hörmət çərçivəsində dialoq aparmalı və münaqişənin həlli üçün şərəf və ədalət prinsiplərinə əsaslanan yol seçməlidir.
“Onlar bilməlidirlər ki, İran xalqı ilə hörmətə əsaslanan dialoqdan və şərəf və ədalət üzərində qurulan həll yolundan başqa seçimləri yoxdur”, - deyə Arakçi bildirib.Nazir ABŞ prezidenti Donald Trampın İrana qarşı elan etdiyi iqtisadi müharibəni “köhnə tarixçənin təkrarı” adlandırıb. Arakçinin sözlərinə görə, bu siyasət Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu göstərir.
15:41 23.08.2026
Oxunuş sayı: 51