Rusiyada bir gecədə 328 Ukrayna dronu vuruldu
Rusiya Müdafiə Nazirliyi ölkə ərazisi üzərində bir gecədə 328 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, hücumların ikisi Sevastopol istiqamətinə yönəlib. Şəhərin qubernatoru Mixail Razvojayev altı pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin vurulan PUA-ların qalıqları Şimal tərəfdə aşkarlanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin Odessa yaxınlığındakı “Yujnı” limanında beş yanacaq-sürtkü materialları çəninin və infrastruktur obyektlərinin vurulduğunu iddia edib.
12:40 23.08.2026
Oxunuş sayı: 59