Ermənistanda səhər saatlarında iki ağır qəza: 2 ölü, 9 yaralı
Ermənistanda səhər saatlarında iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Shamshyan.com” bu barədə məlumat yayıb.
Hadisələrdən biri saat 07:45 radələrində Armavir-İrəvan yolunda qeydə alınıb. Digər qəza isə təxminən eyni saatlarda Şirak vilayətinin Cacur kəndi ərazisində baş verib.
Hər iki hadisə ilə bağlı cinayət işi açılıb. Qəzaların başvermə səbəbləri və digər hallar araşdırılır.
12:37 23.08.2026
Oxunuş sayı: 56