İran və Misirin XİN rəhbərləri telefonla danışdı
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Misirin xarici işlər naziri Bədr Əbdül Ati arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, tərəflər şənbə günü telefon danışığı zamanı Qərbi Asiyadakı son hadisələri müzakirə ediblər.
Söhbət zamanı Fars körfəzi və Qırmızı dənizdəki vəziyyət, həmçinin regionda gərginliyin azaldılmasına yönəlmiş son diplomatik səylər ətrafında fikir mübadiləsi aparılıb.
11:41 23.08.2026
Oxunuş sayı: 49