Ankaranın addımı İsraildə gündəm oldu
Türkiyə İsrailin Qəzzaya yardım aparan “Global Sumud Flotilla” fəallarına qarşı may ayında həyata keçirdiyi əməliyyatla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu barəsində İnterpolun qırmızı bülleteninin verilməsini istəyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek Netanyahu və daha bir İsrail vətəndaşı ilə bağlı qırmızı bülleten tələbinin irəli sürüldüyünü açıqlayıb. İstanbul məhkəməsində 35 nəfərlə bağlı davam edən iş çərçivəsində onlara insanlığa qarşı cinayətlər, işgəncə və digər ağır ittihamlar irəli sürülüb.
Məlumata görə, Türkiyənin müraciəti flotiliyanın beynəlxalq sularda saxlanılması ilə bağlı araşdırma çərçivəsində edilib. İnterpol isə belə müraciətlər üzrə ayrıca qiymətləndirmə apararaq yekun qərar verir.
10:39 23.08.2026
Oxunuş sayı: 50