8 ayda gözlənilməz göstərici: Azərbaycanlılar Ukraynada status alıb
2026-cı il yanvarın 1-dən avqustun 15-dək 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşayış icazəsi, 194 nəfər isə daimi yaşayış icazəsi alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Eyni dövrdə 36 Azərbaycan vətəndaşına Ukrayna vətəndaşlığı verilib.
Bu barədə azərbaycanəsilli ukraynalı vəkil Şəmsi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, müharibə şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşlarının Ukraynada hüquqi status əldə etməsi prosesi davam edir.
Vəkil qeyd edib ki, Ukraynada hələ də qalma şərtlərini pozan və ya miqrasiya statusunu rəsmiləşdirməyən Azərbaycan vətəndaşları yaşayır.
20:45 22.08.2026
Oxunuş sayı: 53