Moskvada iki tacikistanlı LGBT təbliğatı ittihamı ilə deportasiya ediləcək
Moskvanın Lyublinski rayon məhkəməsi LGBT təbliğatı yaymaqda ittiham olunan iki xarici vətəndaş – Həsəncan Rəhimov və Yorgibegi Saizodu barəsində 10 sutkalıq inzibati həbs qərarı çıxarıb və onların Rusiyadan deportasiya edilməsinə hökm verib.
Crossmedia.az xəbər verir ki, “Novaya qazeta Avropa”nın məlumatına görə, iş materiallarında qeyd olunur ki, Rəhimov və Saizodu avqustun 18-i axşam Moskvanın Sadovod bazarında saxlanılıblar.
Polisin iddiasına görə, xarici vətəndaşlar üzərində Seçim azadlığı şüarı olduğu bildirilən qadın geyimlərində olublar. Lakin protokolda şüarın necə göründüyü, hansı geyim əşyalarından söhbət getdiyi və onların niyə qadın geyimi hesab edildiyi barədə əlavə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları hesab edib ki, həmin şəxslər qeyri-ənənəvi seksual münasibətlərin cəlbediciliyini nümayiş etdiriblər.
“Ostorojno, novosti” kanalının məlumatına əsasən, hər iki şəxs Tacikistan vətəndaşıdır. “Nastoyaşeye Vremya” qeyd edir ki, Tacikistanda LGBT hüquqları ilə bağlı vəziyyət dünyanın ən ağır vəziyyətlərindən biri hesab olunur.
20:25 22.08.2026
Oxunuş sayı: 59