Astronavt: Kosmosa Yer kürəsi üçün gedirik
ABŞ-li astronavt Sian Proktor kosmik səyahətlərin əsas məqsədlərindən birinin Yer kürəsini daha dayanıqlı və yaşamaq üçün əlverişli planetə çevirmək olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
“SpaceX” şirkətinin ilk mülki kosmik uçuşu olan “Inspiration4” missiyasının pilotu Proktor kosmosa səfərinin Yer kürəsinə baxışını dəyişdirdiyini deyib. O, “SpaceX”in ilk kommersiya astronavtlarından biri kimi bu təcrübənin onun dünyagörüşünə ciddi təsir göstərdiyini vurğulayıb.
Kosmosa yalnız alim kimi deyil, həm də şair və sənətkar kimliyi ilə yollandığını bildirən Proktor orbitdən Yer kürəsini izləməyin həyatının ən təsirli təcrübələrindən biri olduğunu qeyd edib.
Astronavt kosmosdan Yer kürəsinin özünəməxsus işıq izinə diqqət yetirdiyini və bunun planetin, eləcə də onun üzərindəki həyatın əhəmiyyətini anlamağa fərqli yanaşma qazandırdığını bildirib.
“Məqsədim planetimizin bənzərsiz işıq izi olan “Yer işığı” haqqında danışmaq və onun kimliyimizin, eləcə də Yer kürəsindəki bütün canlıların həyatında nə qədər mühüm yer tutduğunu anlatmaqdır”, – deyə Proktor qeyd edib.
O, kosmosdan Yer kürəsini gördüyü anı həyatının ən təsirli təcrübəsi kimi xarakterizə edib:
“Biz Ay işığı və Günəş işığı haqqında məlumatlıyıq, lakin heç kim “Yer işığı”ndan danışmır. Halbuki bu, planetimizin özünəməxsus işıq izidir və insan da daxil olmaqla, Yer kürəsindəki bütün canlıların bioloji izlərini özündə daşıyır”.
13:52 10.10.2026
Oxunuş sayı: 72