Belçikada 30 minlik etiraz: tələbələr də küçələrə çıxdı
Oktyabrın 9-da Belçikanın paytaxtı Brüsseldə hökumətin büdcə xərclərini azaltmaq planlarına qarşı kütləvi etiraz aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, aksiyada təxminən 30 min nəfər iştirak edib. Etirazçılar hökumətin büdcə xərclərinin azaldılması ilə bağlı planlarına qarşı çıxıblar.
Aksiyaya tələbələr də qoşulublar. Onlar təhsilə ayrılan maliyyənin azaldılmasına və təhsil haqlarının artırılmasına etiraz ediblər.
Etirazçılar hökumətdən büdcə siyasətinə yenidən baxılmasını və sosial sahələrdə xərclərin azaldılmamasını tələb ediblər.
12:13 10.10.2026
Oxunuş sayı: 62