"Örtülü bazar dostluğu pozdu": ABŞ və İsrail qarşı - qarşıya gəldi
ABŞ-li demokrat senator Kris Van Hollen işğal altındakı İordan çayının qərb sahilində öldürülən amerikalılarla bağlı məlumatların İsraildəki ABŞ səfirliyi tərəfindən gizlədildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Van Hollen ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, ABŞ-nin İsraildəki səfirliyinin amerikalı vətəndaşların öldürülməsi ilə bağlı məlumatları gizlətdiyini bildirib.
Demokrat senator ABŞ-nin İsraildəki səfiri Mayk Hakabini və onun bu məsələ üzrə səlahiyyətli nümayəndəsini İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətini qorumaq məqsədilə məlumatları ört-basdır etməkdə ittiham edib. O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsini iddia edilən ört-basdır cəhdini araşdırmağa çağırıb.
Van Hollen ABŞ Prezidenti Donald Trampın administrasiyasının da İsrail hökumətini qoruduğunu və baş verənləri gizlətdiyini iddia edib.
Senator vurğulayıb ki, öldürülən ABŞ vətəndaşlarının hüquqları müdafiə olunmasa, dünyanın digər bölgələrində də haqsız yerə öldürülən insanların müdafiəsi ilə bağlı ciddi problemlər yaranacaq.
13:39 10.10.2026
Oxunuş sayı: 72