Sumqayıtda fərdi yaşayış evində yanğın olub
Sumqayıt şəhərində ümumi sahəsi 120 kvadratmetr olan bir mərtəbəli fərdi yaşayış evində baş verən yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
FHN-in “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisənin səbəbi və nəticələri barədə əlavə məlumat verilməyib.
16:39 22.08.2026
Oxunuş sayı: 62