Rusiyada aksentə görə insanları izləmək təklifi müzakirə yaradıb
Rusiyanın Oryol vilayətinin qubernatoru Andrey Klıçkov sakinləri şübhəli şəxslər barədə Federal Təhlükəsizlik Xidmətinə məlumat verməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Klıçkov xüsusilə müəyyən danışıq ləhcəsi və ya aksenti olan şəxslərə diqqət yetirilməsini istəyib. O, bu cür insanların təhlükəsizlik baxımından yoxlanılmasının vacib olduğunu bildirib.
Qubernatorun çağırışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tənqidçilər belə yanaşmaların insanların əsassız şəkildə şübhə altına alınmasına və ayrı-seçkilik riskinə gətirib çıxara biləcəyini qeyd edirlər.
20:50 22.08.2026
Oxunuş sayı: 50