İran İraq tankerlərinə Hörmüz boğazından keçid üçün xüsusi icazə verib
İran Bağdadın çoxsaylı müraciətlərindən sonra İraqa məxsus neft tankerlərinin Hörmüz boğazından keçməsinə xüsusi icazə verib.
Crossmedia.az xəbər verir ki, ˝IRNA˝ agentliyinin məlumatına görə, müharibədən əvvəlki dövrdə İraqın ixrac həcminin ən azı üçdə bir hissəsini daşıyan tankerlər üçün İran tərəfindən keçid icazəsi verilib.
İraq Prezidenti Əbdül Lətif Rəşid bildirib ki, son günlərdə bu prosedurun asanlaşdırılması üçün müəyyən addımlar atılıb. Lakin o, məsələnin hələ də mürəkkəb olaraq qaldığını vurğulayıb.
Qeyd olunur ki, Hörmüz boğazından keçid məsələsi regionda artan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır. Bu marşrut dünya enerji ticarətinin ən vacib yollarından biri hesab olunur.
20:35 22.08.2026
Oxunuş sayı: 61