İran husilərə yeni dəstək göndərir
İranın Yəməndəki husilərə hərbi və texniki dəstəyini artırdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Şeba Kəşfiyyatı”nın məlumatına görə, Sənaya Əbu Mustafa ləqəbi ilə tanınan yeni SEPAH zabiti gəlib.
Bildirilib ki, Hizbullahla əlaqəli mütəxəssislərin də Yəmənə daxil olduğu ehtimal edilir. Onların husilərə əməliyyatların planlaşdırılması və texniki məsələlər üzrə yardım göstərdiyi iddia olunur.
Məlumata əsasən, mütəxəssislərin və avadanlıqların Yəmənə daşınması İranın Mahan Air aviaşirkətinin reysləri vasitəsilə həyata keçirilmiş ola bilər. Lakin gələn şəxslərin kimliyi və gətirildiyi iddia olunan avadanlıqların xarakteri müstəqil şəkildə təsdiqlənməyib.
İranın husilərə hərbi dəstəyi ilə bağlı bu cür iddialar daha əvvəl də səsləndirilib. Yəmən hökuməti 2026-cı ilin iyulunda Sənaya həyata keçirilən Mahan Air uçuşlarından birinin İranlı hərbi ekspertlər və SEPAH üzvlərini daşıdığını bildirmişdi.
20:20 22.08.2026
Oxunuş sayı: 62