Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
“Qızıl top”un sahibi Ronaldinyo 11 ildən sonra peşəkar futbola qayıdıb. Crossmedia.az xəbər verir ki, “AFP” bu barədə məlumat yayıb.
46 yaşlı braziliyalı futbolçu İtaliyanın üçüncü liqasında çıxış edən “Ravenna” klubunun yeni futbolçusu kimi təqdim olunub.
Ronaldinyo klubun təqdimat mərasimində “Ravenna”nın 10 nömrəli formasını geyinərək səhnəyə çıxıb. O, sonuncu rəsmi matçını 2015-ci ildə “Fluminense”nin heyətində keçirib.
Braziliyalı futbolçunun “Ravenna” ilə müqaviləsi iyun ayında açıqlanıb. O, həmçinin klubun səhmdarlarından birinə çevrilib.
Ronaldinyonun yeni komandasında nə vaxt meydana çıxacağı hələ dəqiq deyil. O, karyerasında 300-cü qolu vurmaq istədiyini bildirib.
13:01 22.08.2026
Oxunuş sayı: 33