İran: ABŞ sanksiyaları digər ölkələrin suverenliyini də təhdid edir
İran ABŞ-nin yeni iqtisadi sanksiyalarının digər müstəqil dövlətlərin suverenliyinə müdaxilə yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verib.
O, bildirib ki, heç bir dövlət xarici bankları, şirkətləri və hava limanlarını üçüncü ölkə ilə qanuni ticarətdən imtina etməyə məcbur edə bilməz.
Onun sözlərinə görə, ABŞ-nin sanksiyalarının dəniz blokadası ilə birləşdirilməsi beynəlxalq münasibətlər sisteminə və dövlətlərin milli suverenliyinə təhlükə yarada bilər.
12:32 22.08.2026
Oxunuş sayı: 48