Malayziya və Pakistan liderləri İran-ABŞ gərginliyini müzakirə edib
Malayziya və Pakistanın baş nazirləri İran və ABŞ arasındakı gərginliyin azaldılması üçün diplomatik vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ənvər İbrahim və Şehbaz Şərif telefon danışığı zamanı regional hadisələri müzakirə edərək münaqişələrin yalnız dialoq və danışıqlar yolu ilə həll edilməsinin vacibliyi barədə razılığa gəliblər.
Liderlər regionda sülh və sabitliyin qorunmasının, həmçinin gərginliyin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.
11:40 22.08.2026
Oxunuş sayı: 52