Nyu-York metrosunu sel suları basdı
Güclü və qəfil leysan yağışları Nyu-Yorkda metro stansiyalarının su altında qalmasına və şəhərin nəqliyyat infrastrukturunda ciddi problemlərin yaranmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Güclü yağışlar nəticəsində metro stansiyalarına su dolub və bəzi ərazilərdə su axınları yaranıb. Hadisənin şəhərin nəqliyyat sisteminə təsiri ilə bağlı əlavə məlumat verilməyib.
11:25 22.08.2026
Oxunuş sayı: 50