Vens: İrana qarşı gücümüz var
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İrana təsir göstərmək üçün kifayət qədər imkanlara malik olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vens ABŞ-nin Tehranı təzyiq altında saxlamaq üçün iqtisadi vasitələrdən istifadə etdiyini deyib.
O, iqtisadi təzyiqi Vaşinqtonun İrana qarşı ən effektiv alətlərindən biri adlandırıb.
Vitse-prezident bildirib ki, ABŞ diplomatik, hərbi və iqtisadi imkanlardan vəziyyətə uyğun şəkildə istifadə edir. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədlərindən biri İranın nüvə imkanlarını genişləndirməsinin qarşısını almaqdır.
Vens qeyd edib ki, ABŞ-nin İrana qarşı təzyiq siyasəti mürəkkəb prosesdir çünki tərəflər bir-birinə qarşı müxtəlif vasitələrlə təsir göstərməyə çalışırlar
23:05 21.08.2026
Oxunuş sayı: 60