İran ABŞ-yə meydan oxuyub
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi ABŞ-nin Yaxın Şərqdəki siyasətini tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əzizi bildirib ki, ABŞ diplomatiya dilini anlamadığını nümayiş etdirib və buna görə də sanksiyaları ləğv etməyəcək, İranın bloklanmış aktivlərini açmayacaq və piratçılığa son qoymayacaq.
İranlı deputatın sözlərinə görə, tarix göstərəcək ki, güc dili vasitəsilə ABŞ yalnız bu addımları atmağa məcbur edilməyəcək, həm də İran xalqından üzr istəyərək regionu tərk edəcək.
22:56 21.08.2026
Oxunuş sayı: 47