Oman və İran Hörmüz boğazında gəmiçilik məsələsini müzakirə edib
Omanın xarici işlər naziri Bədr əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı regional vəziyyəti və Hörmüz boğazında gəmiçiliklə bağlı məsələləri müzakirə ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tərəflər gəmiçilik azadlığının bərpası və təmin olunması, eləcə də regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün praktiki razılaşmaların əldə edilməsi məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
İran və Oman Hörmüz boğazında naviqasiyanın təhlükəsizliyi və hərəkət azadlığı ilə bağlı koordinasiyanın gücləndirilməsi istiqamətində daha əvvəl də danışıqlar aparıblar.
21:52 21.08.2026
Oxunuş sayı: 50