ABŞ tariflərdən qazanc gözləyirdi, indi milyardları qaytarmalıdır
ABŞ Prezidenti Donald Trampın gömrük tariflərindən trilyonlarla dollar gəlir əldə etmək planı gözlənilən nəticəni verməyib. Əksinə, 2026-cı ildə hökumətin tariflərdən əldə edəcəyi gəlirin qaytarılmalı məbləğdən az ola biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The New York Times” köşə yazarı Stiven Rattner bu barədə yazıb.
Rattnerin ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, 2026-cı ildə yeni tariflər dövlət büdcəsinə təxminən 121 milyard dollar gəlir gətirə bilər. Bununla yanaşı, şirkətlərə təxminən 166 milyard dollar məbləğində ödənilmiş tariflərin qaytarılması tələb oluna bilər.
Tramp tariflərdən əldə ediləcək gəlirlərdən vergilərin azaldılması və dövlət borcunun ödənilməsi üçün istifadə etməyi planlaşdırırdı. Lakin ABŞ Ali Məhkəməsinin tətbiq edilən tariflərin əsas hissəsini qanunsuz hesab etməsindən sonra məhkəmələr hökuməti şirkətlərə ödədikləri gömrük rüsumlarını qaytarmağa məcbur edib.
Qaytarılan vəsait birbaşa tarifləri ödəyən şirkətlərə çatacaq. Tariflərin yaratdığı qiymət artımının yükünü daşıyan adi amerikalılara isə avtomatik kompensasiya nəzərdə tutulmayıb.
Bu proses ABŞ dövlət borcunun sürətlə artdığı bir dövrə təsadüf edir. “Reuters”in ABŞ Maliyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, ölkənin dövlət borcu ilk dəfə 40 trilyon dolları ötüb. 2017-ci ildə bu göstərici təxminən 20 trilyon dollar olub.
Bununla belə, borcun artımı yalnız Tramp administrasiyasının siyasəti ilə bağlı deyil. Borcun əhəmiyyətli hissəsinin COVID-19 pandemiyası dövründəki xərclər və əvvəlki administrasiyaların həyata keçirdiyi maliyyə siyasəti ilə əlaqəli olduğu qeyd edilir.
Rattner ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına istinadən yazır ki, büdcə kəsirinin artmaqda davam edəcəyi gözlənilir. 2036-cı ilədək ABŞ-ın investorlar və digər xarici kreditorlar qarşısında borcunun ölkənin ümumi daxili məhsulunun 120 faizinə çata biləcəyi proqnozlaşdırılır.
Beləliklə, tariflər büdcə üçün trilyonlarla dollar gəlir mənbəyi və dövlət borcunun azaldılması vasitəsi kimi təqdim edilsə də, hazırda toplanan vəsaitin bir hissəsinin geri qaytarılması gündəmdədir.

10:36 21.08.2026
Oxunuş sayı: 56