Bu sular orqanizmdə xəstəlik yaradır
Gündəlik həyatda bir çox insan evlərdə krandan gələn sudan birbaşa içmək üçün istifadə edir. Lakin suyun keyfiyyəti, boruların vəziyyəti və saxlanma şəraiti onun insan sağlamlığı üçün təhlükəsizliyinə təsir göstərə bilər. Bəs keyfiyyətsiz və ya çirklənmiş kran suyunun uzun müddət qəbul edilməsi hansı sağlamlıq problemlərinə yol aça bilər?
Mövzu ilə bağlı terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində köhnə binaların əksəriyyətində su xətlərinin böyük hissəsi plastik materialdan olan su boruları ilə əvəzlənib: “Şəhərə Ceyranbatan su mənbəyindən və digər mənbələrdən verilən su təmizlənərək hovuzlara, daha sonra isə istifadə xətlərinə ötürülür. Su Kanalizasiya İdarəsi tərəfindən suyun keyfiyyətinin və çirklilik səviyyəsinin mütəmadi olaraq yoxlanılır. Buna baxmayaraq, şəhərin bəzi ərazilərində içməli su ilə bağlı müəyyən problemlərin yarana bilir. Bakı şəhərində köhnə binaların əksəriyyətində su xətlərinin böyük hissəsi plastik materialdan olan su boruları ilə əvəzlənib. Buna baxmayaraq, şəhərimizə Ceyranbatan su mənbəyindən və digər mənbələrdən verilən sular təmizlənmiş formada hovuzlara, oradan da şəhərin istifadə xətlərinə ötürülür”.

Ş.Məmmədov qeyd edib ki, Su Kanalizasiya İdarəsi tərəfindən suyun keyfiyyəti və çirklilik səviyyəsi mütəmadi olaraq yoxlanılır: “Lakin Bakı şəhərində yaşadığımızı nəzərə alsaq, xüsusilə mərkəzi hissədən kənarda yerləşən bəzi ərazilərdə təmiz su ilə bağlı müəyyən ehtiyaclar yarana bilər. Buna görə də insanların böyük əksəriyyəti filtrasiya olunmuş sudan istifadə edir və ya evlərinə filtr quraşdırır ki, su təmizlənsin. Keyfiyyətsiz və çirklənmiş kran suyunun uzun müddət qəbul edilməsi isə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Kran suyunun keyfiyyətinə və onun evlərə qədər keçdiyi xətlərin vəziyyətinə diqqət yetirmək, xüsusilə suyun çirklənməsinə dair şübhələr olduqda ehtiyat tədbirləri görmək vacibdir”.
Zərnigar Hüseynli
18:30 20.08.2026
Oxunuş sayı: 69