Göyçayda faciə - Başına ot presi düşən kişi öldü
Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.
1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)
17:59 20.08.2026
Oxunuş sayı: 49