Rusiya Donetskdə bu silahlardan istifadə etdi
Donetsk vilayətinin Slavyansk və Kramatorsk şəhərlərinə endirilən Rusiya zərbələri nəticəsində azı 10 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.
Slavyanskda Rusiya PUA-sı yaşayış massivində yerləşən ticarət mərkəzinə və mağazaya düşüb. Nəticədə yanğın baş verib, üç nəfər yaralanıb.
Kramatorsk isə doqquz dəfə hücuma məruz qalıb. İlkin məlumata görə, zərbələr zamanı UMPK modulları ilə təchiz edilmiş FAB-250 aviasiya bombalarından istifadə olunub.
Hücumlar nəticəsində Kramatorskda yeddi nəfər yaralanıb. Mağazaya, müəssisəyə və infrastruktur obyektinə zərbələrin dəydiyi bildirilir.
17:33 20.08.2026
Oxunuş sayı: 53