Suriya və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Suriya Prezidenti Əhməd əş-Şaraa Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüş keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı iki ölkə arasında enerji və mədən sənayesi sahələrində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub.
Tərəflər enerji layihələri, sənaye əlaqələrinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
22:57 19.08.2026
Oxunuş sayı: 55