Fransız TikTokerin yanmış cəsədi tapılıb
Fransalı TikTok fenomeni Sonia Bellinanın yanmış cəsədi avqustun 12-də Saint-Gilles ərazisindəki üzüm bağında aşkarlanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, aparılan DNT ekspertizası cəsədin Bellinaya məxsus olduğunu təsdiqləyib. Hadisə ilə bağlı Fransa hüquq-mühafizə orqanları qətl ehtimalı üzrə araşdırmaya başlayıb.
İstintaq qrupu hadisə yerində araşdırmalar aparır və mümkün sübutların axtarışını davam etdirir. Sosial şəbəkələrdə Bellinanın yoxa çıxmazdan əvvəl kiminləsə görüşdüyü barədə müxtəlif iddialar yayılsa da, bu məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda hadisə ilə bağlı heç bir şübhəlinin adı açıqlanmayıb.
18:52 18.08.2026
Oxunuş sayı: 53